Vergi orqanında uçota alınmaq üçün fiziki şəxslər ərizə təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Ərizə fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.
Bu proses müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir.
Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başlamazdan əvvəl müraciət etməlidir.
Ailə kəndli təsərrüfatları və torpaq mülkiyyətçiləri üçün də ayrıca müddətlər nəzərdə tutulur.
Ərizədə göstərilən məlumatların düzgünlüyünə müraciət edən şəxs cavabdehdir.
