Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması və yayılması ilə bağlı münasibətləri tənzimləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qanun informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması qaydalarını müəyyən edir. O, həmçinin informasiya texnologiyalarından istifadə sahəsində hüquqi çərçivəni formalaşdırır. Qanun informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını da müəyyən edir. “Media haqqında” və “Müəlliflik hüququ” qanunları ilə tənzimlənən münasibətlər bu qanuna daxil edilmir.
