“Mercedes Benz” “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimheni polisə şikayət edib.
Heftelik.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport”, “La Repubblica” və “Il Giorno” nəşrləri məlumat yayıb.
İtaliya mətbuatında yer alan xəbərlərdə 27 yaşlı futbolçunun icarə müddəti bitən lüks avtomobili təhvil vermədiyi və ödəniş öhdəliklərini yerinə yetirmədiyi iddia olunub.
“Osimhenin 2023-cü ildə “Napoli”də çıxış etdiyi dövrdə hibrid mühərrikli “Mercedes GLE” üçün icarə müqaviləsi imzaladığı, lakin futbolçunun ödənişləri etmədiyi və təxminən 90 min avro borcunun yığıldığı bildirilib.
İddialar arasında Osimhenin müqavilə müddəti başa çatsa da avtomobilin açarlarını şirkətə təhvil vermədiyi də yer alır. Bu səbəbdən “Mercedes Benz” rəsmi şikayət edərək məsələnin Karabinierlər tərəfindən araşdırılmasını tələb edib.
İtaliyada ictimai asayişin qorunması və cinayətlə mübarizəyə cavabdeh olan Karabinierlər Osimhenlə bağlı şikayəti araşdırmaya götürüb.
