Sənədləşdirilmiş informasiya icra hakimiyyəti orqanlarına təqdim edildikdə mülkiyyət hüququ qorunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.

Bu sənədləri təqdim edən subyektlər onlardan istifadə hüququnu itirmirlər. Dövlət və təqdim edən tərəf bu sənədlərə birgə sahiblik hüququna malikdir. Bu yanaşma informasiya dövriyyəsində hüquqi balansı təmin edir. Eyni zamanda informasiya resurslarının qanuni istifadəsini tənzimləyir.