Böyük vağzallarda mütləq tibb məntəqəsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Tibb məntəqələri sanitariya-epidemioloji tələblərə uyğun olmalıdır. Onlar gözləmə zalı və perrona çıxışla əlaqələndirilməlidir. Məntəqənin otaqları müxtəlif funksiyalara bölünür. Bütün sahələr normativ minimumlara uyğun hesablanır.
