Sərhəd ərazilərində yerləşən vağzallarda gömrük nəzarət postları yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu postlarda yoxlama meydançaları və xidmət sahələri nəzərdə tutulur.
Xidmət itləri üçün xüsusi yerlər ayrılır.
Avtonəqliyyat üçün dayanacaqlar təşkil edilir.
Bu tədbirlər sərhəd nəzarətini gücləndirir.