Faydalı qazıntıların çıxarılması üçün yer təki sahələrinə “dağ-mədən ayırması” statusu verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yerin təki haqqında” qanunda əksini tapıb.
Geoloji öyrənilmə məqsədilə ayrılan sahələrə isə geoloji ayırma statusu tətbiq olunur.
Eyni sahədə bir neçə istifadəçinin fəaliyyəti müəyyən qaydada mümkün ola bilər.
Bütün bu proseslər icazə və dövlət qeydiyyatı əsasında həyata keçirilir.