Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilən şəxslərlə bağlı yeni qaydalar müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Alkoqolizm və narkomaniyadan müalicə məqsədilə təyin edilən tibbi xarakterli məcburi tədbirlər ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçiriləcək. Bu müəssisələr müvafiq icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərəcək. Məqsəd müalicə prosesinin daha effektiv təşkili olacaq.