ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi bazar ertəsi səhəri Hörmüz boğazında qalan gəmilərin azad edilməsinə kömək etməyə başlayacaq.
Heftelik.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Donald Tramp qeyd edib ki, gəmiləri boğazda qalan bir sıra ölkələr Yaxın Şərqdə davam edən münaqişə ilə heç bir əlaqəsi olmasa da, ABŞ-la əlaqə saxlayıblar.
ABŞ Prezidenti nəzərə çatdırıb ki, sözügedən əməliyyat “Azadlıq Layihəsi” adlandırılıb. Onun sözlərinə görə, məqsəd gəmilərin və heyət üzvlərinin məhdud gəmiçilik zonasından təhlükəsiz keçidini təmin etməkdir.
Donald Tramp gəmilərin Yaxın Şərq münaqişəsində iştirak etməyən ölkələrə məxsus olduğunu və onların heyətlərinin və sahiblərinin “şəraitin girovuna” çevrildiyini vurğulayıb. O, əlavə edib ki, bir çox gəmi heyətləri göyərtədə sağ qalması üçün qida və digər zəruri resursların çatışmazlığı ilə üzləşib.
ABŞ Prezidenti həmçinin bildirib ki, Amerika nümayəndələri İranla “müsbət danışıqlar” aparırlar və bu, onun fikrincə, əlverişli nəticələrə gətirib çıxara bilər. Tramp qarşıdan gələn əməliyyatı ABŞ, Yaxın Şərq ölkələri və xüsusilə İran tərəfindən humanitar addım adlandırıb.
Eyni zamanda, o, bu prosesə mane olmaq üçün edilən hər hansı bir cəhdin sərt tədbirlərlə qarşılanacağı barədə xəbərdarlıq edib.
Bu arada ABŞ Mərkəzi Komandanlığı həyata keçiriləcək əməliyyatla bağlı məlumat yayıb. Qeyd edilib ki, ABŞ-ın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan “Azadlıq Layihəsi” əməliyyatında təxminən 15.000 hərbçi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə iştirak edəcək.
Əməliyyata hərbi dəstək idarə olunan raket esminetsləri, 100-dən çox təyyarə, müxtəlif pilotsuz platformalar və təxminən 15.000 hərbi qulluqçudan ibarət olacaq.
Əməliyyat hərbi münaqişə səbəbindən Hörmüz boğazı sularında qalan gəmilərlə bağlı vəziyyətlə əlaqədar olaraq həyata keçirilir.
