Böyük vağzallarda ana və uşaq otaqları məcburi hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu otaqlar sakit və səs-küydən uzaq zonalarda yerləşdirilir. Otaqlarda yataq, oyun və sanitar sahələr nəzərdə tutulur. Yerlərin sayı vağzalın tutumuna uyğun hesablanır. Əlçatanlıq tələbləri xüsusi şəkildə təmin edilir.
