İnformasiya istifadəçiləri informasiya mənbələrini sərbəst seçmək hüququna malikdirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.

Onlar informasiya növünü və işlənmə üsulunu da sərbəst müəyyən edə bilirlər. Məhdudiyyətlər yalnız qanunla nəzərdə tutulmuş hallarda tətbiq olunur. Bu hüquq informasiya azadlığının əsas prinsiplərindən biridir. Eyni zamanda istifadəçi maraqlarının qorunmasını təmin edir.