Qanun informasiya təhlükəsizliyi, kiberhücum və kiberinsident anlayışlarını təsbit edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
İnformasiya təhlükəsizliyi konfidensiallıq, bütövlük və əlçatanlığın qorunmasını əhatə edir. Kiberhücum informasiya sistemlərinə qəsdən müdaxilə aktı kimi müəyyən olunur. Kiberinsident sistemlərin fəaliyyətinin pozulması ilə nəticələnən hadisədir. Elektron xidmətlər isə dövlət xidmətlərinin rəqəmsal formada təqdim olunmasını təmin edir.
