İnternet informasiya ehtiyatı domen adı vasitəsilə müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.

Domen adı internet resursuna müraciəti təmin edən unikal simvollar sistemidir. Domen sahibi həmin resursun idarə olunması qaydalarını müəyyən edir. İnternet provayderlər qoşulma texniki imkanlarını təmin edir. Host provayderlər isə resursların yerləşdirilməsi xidmətini göstərir.