Prokurorluq işçilərinə rütbələr fərdi təqdimatlar əsasında verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
İdarə və şöbə rəislərinə rütbələr Baş prokurorun müavinləri tərəfindən təqdim olunur.
Digər işçilər üçün təqdimat idarə və şöbə rəisləri tərəfindən verilir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçiləri üçün təqdimat idarə rəisi tərəfindən həyata keçirilir.