Dövlət informasiya ehtiyatlarının formalaşdırılması dövlət və özəl subyektlərin iştirakı ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Dövlət orqanları öz səlahiyyətləri daxilində informasiya ehtiyatlarını formalaşdırır və idarə edir.
Milli informasiya ehtiyatları dövlət tərəfindən milli sərvət kimi tanına bilər.
İnformasiya ehtiyatlarının maliyyələşdirilməsi dövlət büdcəsi və digər mənbələr hesabına həyata keçirilir.
Dövlət sirri olan məlumatların formalaşdırılması xüsusi qanunvericiliklə tənzimlənir.