Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
32 yaşlı Anar Əhmədovun BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarını süpürən 61 yaşlı Qurbanova Zümrüd Kazım qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
