Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.
Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
