İstifadəçilər qanunvericiliyə və texniki normativlərə ciddi riayət etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Yerin təki haqqında” qanunda əksini tapıb.

Onlar geoloji məlumatların qorunmasını və dövlət fonduna təqdim edilməsini təmin etməlidirlər.

Ətraf mühitin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması əsas vəzifələrdəndir.

Həmçinin tullantıların idarə olunması və rekultivasiya tədbirləri həyata keçirilməlidir.