
Hərbi prokurorluq işçilərinə ilk və digər hərbi rütbələr Hərbi prokuror tərəfindən verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Ədliyyə polkovnik-leytenantı və Ədliyyə polkovniki rütbələrinin verilməsi Baş prokurorla razılaşdırılır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçilərinə rütbələr prokuror tərəfindən verilir.
Ədliyyə müşaviri və Baş ədliyyə müşaviri rütbələrinin verilməsi Baş prokurorla razılaşdırılır.
