İnformasiya ehtiyatları dövlət, fiziki və hüquqi şəxslərin mülkiyyət obyekti kimi tanınır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Bu ehtiyatlar qanunla qorunan informasiya resursları hesab olunur. Onların hüquqi rejimi sənədləşmə və mülkiyyət qaydaları ilə tənzimlənir. İnformasiyanın kateqoriyalara bölünməsi və mühafizəsi xüsusi normalara əsaslanır. Hər bir informasiya ehtiyatı qanunvericilik çərçivəsində idarə olunur.

