Prokurorluq işçisinin başqa vəzifəyə keçirilməsi onun razılığı ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Vəzifədə irəli çəkilmə zamanı işçinin peşəkarlığı, əməyinin nəticələri və mənəvi keyfiyyətləri nəzərə alınır.
Bərabər vəzifəyə dəyişdirilmədə ailə vəziyyəti, sağlamlıq və yaşı da qiymətləndirilir.
İşçinin vəzifədən dəyişdirilməsi hər zaman əmrlə rəsmiləşdirilir və elan edilir.
