Sağlamlıq tədbirləri həyata keçirilsə və bütün ölkələr arasında həmrəylik nümayiş etdirilsə, kruiz gəmisində yayılan hantavirus epidemiyasının məhdud miqyasda qalacağı gözlənilir.
Heftelik.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST-nin məlumatına görə, kruiz gəmisində hantavirusa yoluxma hadisəsi nəticəsində ümumilikdə 3 nəfər ölüb, 8 yoluxma qeydə alınıb, onlardan 5-i laborator analizlə təsdiqlənib.
Bildirilir ki, təxminən 150 sərnişinin olduğu kruiz gəmisi İspaniyanın Kanar adalarına doğru hərəkət edir. Sərnişinlər kabinələrində izolyasiya olunmuş vəziyyətdə saxlanılır.
