Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” filmi Los-Ancelesdə keçirilən South East European Film Festivalında (SEEfest) fərqlənib.
Heftelik.az xəbər verir ki, ekran işi “Honorable mention” nominasiyasında seçilib.
Qeyd edək ki, “Yaddaş sarayları” qısametrajlı sənədli filminin dünya premyerası ötən il Çexiyanın Jihlava şəhərində keçirilən nüfuzlu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında baş tutub.
“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəfovdur. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.
Xatırladaq ki, Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də beynəlxalq festivallarda nümayiş edilib.
