
İnternet informasiya ehtiyatlarında qanunla qadağan edilən məlumatların yayılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Terrorizm, ekstremizm və dövlət sirri ilə bağlı məlumatların yayılması qəti qadağandır.
Silah, narkotik və pornoqrafik məzmunlu informasiyaların paylaşılmasına icazə verilmir.
Yalan məlumatlar, təhqir və böhtan xarakterli məzmunlar da qadağan siyahısına daxildir.
Qadağan olunmuş məlumatlar aşkarlandıqda onların dərhal silinməsi təmin edilməlidir.
