Qanun odlu silah, narkotik və digər təhlükəli maddələrlə bağlı məlumatların yayılmasını qadağan edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Pornoqrafik və uşaq istismarı ilə bağlı məzmun da qadağan edilir. Qumar və intihara təşviq edən məlumatlar da bu siyahıya daxildir. Şəxsi həyatın toxunulmazlığını pozan informasiyalar da məhdudlaşdırılır. Bu tələblər sosial risklərin qarşısını almağa yönəlib.

