İnternet resursunun sahibi qadağan olunmuş məlumatları aşkar etdikdə onları dərhal silməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
O, həmçinin həmin məlumatlara çıxışı məhdudlaşdırmalıdır. Bu öhdəlik istifadəçi müraciəti əsasında da yarana bilər. Qanun pozuntularının qarşısının alınması bu qaydanın əsas məqsədidir. Bu mexanizm internet mühitinin təhlükəsizliyini təmin edir.
