
İnformasiya sistemlərinin yaradılması dövlət və özəl sektor üçün bərabər imkanlar yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Dövlət informasiya layihələri texniki standartlar və məqsədəuyğunluq rəyi əsasında həyata keçirilir.
Elektron xidmətlər dövlət informasiya sistemlərinin inteqrasiyası ilə təmin olunur.
İnformasiya ehtiyatları vahid reyestrdə qeydiyyata alınır və Elektron Hökumət sisteminə qoşulur.
İnformasiya təhlükəsizliyi üzrə audit və monitorinq ildə ən azı bir dəfə aparılır.
