Vəkilliyə namizədlər sırasında Konstitusiya Məhkəməsinin sabiq sədr müavini olan Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alır.

Heftelik.az Report-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı bildirilib.

Belə ki, onlar əvvəllər hakim olan Mirzə Nəsib oğlu Tağızadə, Füzuli Novruzəli oğlu Pənahov, Novruz Ağakərim oğlu Kərimov, Cavid İbadulla oğlu Hüseynov, Anar Böyükkişi oğlu Sadıqov və Coşqun Şamil oğlu Abdullayevdir.