Prokurorluq işçiləri təlim və staj müddətlərini başa vurduqdan sonra ixtisas dərəcələrinə uyğun vəzifələrə təyin olunurlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Stajorluq və sınaq müddətlərində müvəffəqiyyət qazanmayan işçilər prokurorluqdan xaric edilirlər.
İlk dəfə qəbul olunan və hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçilər stajorluqdan azad edilə bilər.
Elmlər doktoru olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyib, onlar daimi qulluğa qəbul edilir.