Prokurorluq işçilərinin nəzəri və peşə hazırlığı onların vəzifədə irəli çəkilməsini asanlaşdırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
İrəli çəkilmə və vəzifə dəyişiklikləri işçinin bacarıqları və əməyinin nəticələri nəzərə alınmaqla həyata keçirilir.
Müstəsna hallarda Baş prokuror xidməti zərurət əsasında müddət məhdudiyyəti qoymadan irəli çəkilməyə qərar verə bilər.
Aşağı vəzifəyə keçmiş işçi sonradan yenidən yuxarı vəzifəyə təyin oluna bilər.