Rəsmi şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulan vağzal zalları yüksək təhlükəsizlik və funksional ayrılma prinsipi ilə layihələndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zallar digər sərnişin axınlarından tam təcrid olunmuş giriş və çıxış sisteminə malik olmalıdır və ayrıca nəqliyyatla yaxınlaşma imkanı təmin edilməlidir.
Onların tərkibinə işgüzar görüş otaqları, gözləmə zonaları, yemək otağı və rabitə-informasiya avadanlıqları ilə təchiz olunmuş xidmət sahələri daxil edilir.
Eyni zamanda, ictimai iaşə obyektlərinin vağzal daxilində sərnişin axınını pozmayacaq şəkildə yerləşdirilməsi və əsas zonalardan kənarda təşkil edilməsi tələb olunur.
Bu yanaşma vağzal komplekslərində həm təhlükəsizliyin, həm də xidmət keyfiyyətinin təmin edilməsinə yönəlmiş planlaşdırma prinsipini formalaşdırır.