Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb.
FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə çoxsaylı yanğınsöndürən texnika, canlı qüvvə, FHN-in helikopteri cəlb olunub.
Lökbatanda “Bakı Logistika”nın anbarında yanğın – VİDEO – YENİLƏNİB
