Azərbaycan Hava Yolları (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

AZAL-dan Heftelik.az-a verilən xəbərə görə, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunmağa davam edir.

Qeyd edək ki, sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir.

 

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə saldı