Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron arasında telefon danışığı olub.
Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, bu gün Fransa Prezidenti Azərbaycan liderinə zəng edib.
Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Fransa prezidentləri regional və qlobal məsələləri də müzakirə edib.
