Azadlığın məhdudlaşdırılması cəzası çəkən şəxslərlə bağlı yeni qaydalar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkumlara yaxın qohumlarının ölümü və ya ağır xəstəliyi hallarında müəyyən müddətə yaşayış yerini tərk etməyə icazə veriləcək.
Nikah mərasimləri və tibbi yardım zərurəti də bu hallar sırasında yer alıb.
Verilən icazə müddəti cəzanın icrası müddətinə daxil ediləcək.