Probasiya NƏZARƏTİ

02 İyun 2026, 01:24

Probasiya nəzarətinin tətbiq ediləcəyi şəxslərin siyahısı müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Qanuna əsasən, cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən şəxslərə probasiya nəzarəti tətbiq olunacaq.
Şərti məhkum edilmiş və cəzadan vaxtından əvvəl azad olunan şəxslər də bu nəzarətə cəlb ediləcək.
Alkoqolizm və narkomaniyadan müalicə məqsədilə məcburi tədbir təyin edilən şəxslər də nəzarət altında olacaqlar.