Vergi orqanları ümidsiz borcları müəyyən hallarda silə biləcək.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bunlara öhdəliyin icra müddətinin başa çatması və hüquqi əsasların qüvvədən düşməsi daxildir.
Həmçinin məhkəmə qərarı ilə təsdiqlənmiş borcların 5 il müddətindən sonra silinməsi mümkündür.
Digər hallarda borclar yalnız məhkəmə qərarı ilə ümidsiz hesab edilərək silinə bilər.