Əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə etdiyi gəlirlər vergiyə cəlb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Elektron ticarət qaydasında satışlar xüsusi internet platforması vasitəsilə həyata keçirilir.
Bu gəlirlərdən xərclər çıxılmadan 2 faiz vergi tutulur.
Bu mexanizm sosial sahibkarlığın dəstəklənməsinə yönəlib.