Vergi Məcəlləsində texnologiyalar parkı rezidentləri üçün xüsusi vergi güzəştləri nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Sistem inteqrasiyası və proqram təminatı sahəsində fəaliyyət göstərən rezidentlərin dividend gəlirləri vergidən azad edilir. Bu güzəşt qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 10 il müddətinə tətbiq olunur. Məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılmasıdır.