Azərbaycan qanunvericiliyində texnologiyalar parkı rezidentləri üçün yeni vergi güzəştləri müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Texnopark rezidentlərinin dividend gəlirlərinə 10 il müddətinədək güzəştlər tətbiq olunur. Eyni yanaşma sistem inteqrasiyası və proqram təminatı sahəsində fəaliyyət göstərən şəxslərə də şamil edilir. Bu dəyişiklik innovasiya sektorunun stimullaşdırılmasına yönəlib.