“Sabah” kapitanı Amin Seydiyevlə yolları ayırıb.

Heftelik.az Report-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib.

Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

“Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən “Sabah”da oynayırdı.