Dünən səsvermədə Nümayəndələr Palatası 4 respublikaçı və bütün demokratlarla birlikdə İranla müharibəni bitirmək üçün apardığım son danışıqların tam ortasında mənim müharibə səlahiyyətlərimi məhdudlaşdırmaq üçün səs verdi.

Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“Kim belə qeyri-vətənpərvər bir şey edərdi ki? Onlar danışıqların hansı mərhələdə olduğunu bilirlər”, – Tramp şikayətlənib.

ABŞ lideri Demokrat Partiyasının üzvlərinin “Trampa nifrət sindromu” ilə bu hərəkətləri etdiyini bildirib.

“Onlar mənim çox saylı qələbələrimdən birini qazanmağa imkan verməkdənsə, ölkəmizin uğursuzluğa düçar olmasını üstün tuturlar. O dörd respublikaçı isə tamam başqa məsələdir — onlar özlərini göstərməyə çalışanlardır! Onlar özlərindən utanmalıdırlar”, – Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının səsverməsi Prezident Donald Trampa İranla müharibəni davam etdirməsi üçün Konqresin təsdiqini almağı tövsiyə edir.