Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı icra məmurlarının səlahiyyətləri genişləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
İcra məmurları məhkumların qeydiyyatını aparacaq və onların davranışına nəzarət edəcəklər.
Onlar məhkumlarla tərbiyə işi aparmaq və tənbeh tədbirləri tətbiq etmək hüququna malik olacaqlar.
Yeri məlum olmayan məhkumların axtarışı da icra məmurlarının vəzifələri sırasında olacaq.