Məhkumların cəza çəkdiyi yerlə bağlı məlumatların verilməsi qaydası açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumuna cəzanın icrası barədə məlumat veriləcək.
Məlumatlara məhkumun yerləşdiyi müəssisə, yerdəyişməsi və azad olunması daxildir.
Əcnəbi məhkumlarla bağlı məlumatlar isə diplomatik nümayəndəliklərə təqdim ediləcək.