Alkoqolizm və narkomaniyadan müalicə alan şəxslərlə bağlı yeni müddəalar müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Tibbi xarakterli məcburi tədbirlər təyin olunmuş şəxslərə probasiya nəzarəti tətbiq ediləcək. Bu nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Məqsəd həmin şəxslərin reabilitasiyasını təmin etməkdir.