Cəzaçəkmə müəssisələrində dini fəaliyyətlə bağlı qaydalar müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Dövlət qeydiyyatından keçmiş dini birliklərin nümayəndələri məhkumların istəyi ilə müəssisələrə dəvət olunacaqlar. Məhkumlara dini ayinləri yerinə yetirmək və dini ədəbiyyatdan istifadə etmək imkanı veriləcək. Bu məqsədlə müəssisələrdə xüsusi yerlər ayrılacaq.
