Məhkumların tibbi və sosial təminat hüquqları ilə bağlı müddəalar müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Məhkumlar ilk tibbi yardım daxil olmaqla tibbi xidmət almaq hüququna malikdirlər. Həmçinin pensiya və sosial müavinət almaq imkanları da saxlanılır. Tibbi yardım ambulator və ya stasionar şəraitdə göstərilə bilər.