Daşınmaz əmlakın qeydiyyatı üçün ərizə və qanunla müəyyən edilmiş sənədlər təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.

Sənədlərə hüquqi əsaslar, plan və ölçü sənədləri daxildir. Həmçinin texniki pasport və dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunur. Sənədlər etibarnamə ilə də təqdim edilə bilər. Elektron sistem vasitəsilə bəzi sənədlər avtomatik əldə oluna bilər.