Gəlir vergisi rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vergi Məcəlləsi”ndə əksini tapıb.
Rezidentlər həm ölkə daxilində, həm də xaricdə əldə etdikləri gəlirlər üzrə vergi ödəyicisi sayılır.
Qeyri-rezidentlər isə yalnız Azərbaycan mənbələrindən əldə etdikləri gəlirlərə görə vergiyə cəlb olunur.
Vergitutma statusu şəxsin rezidentlik vəziyyətinə əsasən müəyyən edilir.