Banklardakı milli valyuta depozitləri üzrə faiz gəlirlərinə xüsusi güzəştlər tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Aylıq 200 manatadək faiz gəliri vergidən azaddır. Uzunmüddətli depozitlər üçün isə tam azadolma nəzərdə tutulur. Bu addım əmanətlərin artırılmasını stimullaşdırır.
